
DTA və TİKA birgə turizm layihəsinə start verib
Fevralın 21-də Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində Azərbaycanın müxtəlif regionlardan seçilən turizm işçilərinin cəlb ediləcəyi Türkiyənin Antalya şəhərində təşkil olunacaq turizm üzrə təlim proqramının təqdimat tədbiri keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Türkiyə ilə Azərbaycan arasında son 30 ildə turizm sahəsində bir çox uğurlu işlərin həyata keçirildiyini vurğulayaraq bu layihənin də turizm sahəsində əlaqələrin genişləndirilməsinə və təcrübə mübadiləsinin artırılmasına töhfə verəcəyini qeyd edib. O, DTA ilə birlikdə gələcəkdə bu formatlı proqramların təşkilində maraqlı olduqlarını bildirib.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu cür layihələrin iki ölkənin turizm təhsili sahəsində yeni təcrübələrin əldə olunmasına, öyrənilən biliklərin yerli turizm sənayesində fəaliyyət göstərən fərdlərin peşəkarlaşmasına dəstək olacağını, Türkiyənin turizm sahəsində malik olduğu zəngin təcrübədən ölkəmizin də faydalanmaq istədiyini deyib.
Qeyd edək ki, iştirakçılar Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Qarabağ iqtisadi rayonlarından olan hotellərdən qeydiyyat, qida və içki, təmizlik xidməti, kulinariya, insan resursları, inzibati işlər üzrə turizm xidmətləri sahəsində fəaliyyət göstərən işçilər, eləcə də turizm peşə təlimi sahəsində fəaliyyət göstərən qurumlarda çalışan və tədris edən təlimçi və mütəxəssislər arasından seçilib.
|
|
|
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanla Bolqarıstan arasında şərabçılıq turizmi üzrə əməkdaşlıq sənədi imzalanıb
Mayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə […]
Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur
Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “ATM Dubai 2022” (Arabian Travel Market […]
Dünya Turizm Təşkilatının Baş katibi Azərbaycana səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul […]