DTA-nın tabeliyində olan təhsil müəssələrindəki auditoriyalara şəhid məzunların adları verilib
Noyabrın 6-da Azərbaycan Turizm və Menecment Universitetində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə universitetin şəhidlik zirvəsinə ucalmış məzun tələbəsi Məhəmmədəli Həsənzadənin valideynlərinə onun fəxri diplomu təqdim olunub.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, əziz xatirəsini əbədiləşdirmək üçün universitetin bir auditoriyasına Məhəmmədəlinin adı verilib.
Mingəçevir Turizm Kollecinin 9 tələbəsinin, Bakı Turizm Peşə Məktəbinin 2 tələbəsinin şəhidlik zirvəsinə ucaldığını bildirən Fuad Nağıyev onların da adına təhsil aldıqları müəssisələrdə auditoriyaların açılmasını diqqətə çatdırıb.
Ətraflı: https://bit.ly/3CVTstx
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]