MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzi

Dövlət vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçiriləcək

Aprelin 15-də Dövlət İmtahan Mərkəzinin (DİM) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçiriləcək.

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” əsasnaməyə müvafiq qaydada təşkil edilən imtahan Bakı Dövlət Universitetində saat 11:00-da başlanacaq.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ini aprelin 14-də saat 18:00-dək Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) əldə edə bilərlər.

İmtahanda iştirak etmək üçün 1.324 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılıb. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur ki, onlardan 80-i qanunvericilik, 10-u informatika sahələri üzrə, digərləri isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

Üç sааt dаvаm еdəcək imtahanda hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top