Dövlət Neft Fondu 2016-cı ilin yanvar-mart aylarının gəlir və xərclərini açıqladı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Neft Fondu 2016-cı ilin yanvar-mart aylarının gəlir və xərclərini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 milyon manat, büdcə xərcləri isə 1 946,7 milyon manat təşkil etmişdir.

2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılmışdır. 5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılmışdır.  2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil etmişdir.

2016-cı il aprelin 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 246,0 milyon ABŞ dollarına bərabər olmuşdur.

– See more at: http://www.oilfund.az/az_AZ/news/1076/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-yanvar-mart-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.ksPqWH9N.dpuf

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top