MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ixtisas-beledchisi1920

Dövlət Məşğulluq Agentliyi “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır

ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İxtisas.az” platforması ilə birlikdə abituriyentlər və onların valideynlərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı peşəyönümü məsləhət xidməti göstərilməsi məqsədilə “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır.

Vebinar çərçivəsində iştirakçılara əmək bazarının cari vəziyyəti, gələcəyin peşə və ixtisasları, ixtisas seçimində valideynlərin rolu, düzgün ixtisas seçiminin aparılması mövzuları haqqında ətraflı məlumatlar veriləcək.

Spikerlərin çıxışından sonra ixtisas seçimi ilə bağlı abituriyentləri maraqlandıran suallar peşəyönümü mütəxəsissləri tərəfindən cavablandırılacaq.

Vebinarlar 16, 18, 20 avqust tarixlərində saat 19:30-da Zoom platforması üzərindən keçiriləcək və Agentliyin sosial media hesablarından canlı yayımlanacaq.

Nəzərdə tutulan vebinarların proqramı aşağıdakı kimidir:

– “Peşəni de, deyim sən kimsən” – spiker Toğrul Ələkbərov

– “Niyə məhz IT mütəxəssisi?” – spiker Rasim Abdullayev

– “Məktəbi bitirdim, kim olmaq istəyirəm?” – spiker Könül Əliyeva

Abituriyentlər Zoom platformasına daxil olaraq qeyd olunan ID nömrəni (560 410 6316) yazmaqla vebinara qoşula bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top