
Dövlət Məşğulluq Agentliyi bu ilin 6 ayında 54137 nəfəri münasib işlə təmin edib
2020-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 54 min 137 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.
Economic.az xəbər verir ki, əsasən həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə 38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib.
16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1 150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında “Məşğulluq” altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]