
Dövlət başçısı: “Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır”
“Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq”.
Bu sözləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı qeyd edib ki, Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir: “Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.
BƏNZƏR MƏQALƏLƏR
Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə çevriləcək
Prezident İlham Əliyev: Füsunkar təbiəti və tarixi abidələri olan Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə […]
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
“Qarabağ Dirçəliş Fondu” yaradıldı – FƏRMAN
Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat […]