MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dost2_Монтажная область 1 - копия

“DOST” mərkəzlərində peşəyönümü məsləhət kabinetləri qurulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur.

Economic-in məlumatına görə, Bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır. 

Peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, onlar əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir. 

Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı kimi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxsə  peşəyönümü məsləhət xidməti göstərilib.  

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top