MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

gömrük

Dörd ayda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Economic-ə bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 502 milyon 826 min ABŞ dolları, Türkiyə ilə 884 milyon 498 min ABŞ dolları, Rusiya ilə isə 684 milyon 367 min ABŞ dolları dəyərində olub.

Yanvar-aprel aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 398 milyon 631 min ABŞ dolları, İsrailə 518 milyon 76 min ABŞ dolları, Türkiyəyə isə 416 milyon 331 min ABŞ dolları dəyərindədir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top