Doqquz ayda paytaxtın ictimai iaşə dövriyyəsi 7,3 faiz artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Doqquz ayda paytaxtın ictimai iaşə dövriyyəsi 7,3 faiz artıb

Doqquz ayda paytaxtın ictimai iaşə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 696,9 milyon manat olub, dövriyyənin 99,5 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

“Economic“in məlumatına görə, Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 48,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,4 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,5 faiz artaraq 338,5 milyon manat təşkil edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top