MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

KXDR

Donald Trampın KXDR-i dayandırmaq planı

ABŞ hakimiyyəti Şimali Koreyanın nüvə proqramına qarşı çoxmərhələli strategiya hazırlayıb.

Tədbirlərin siyahısı xeyli genişdir və həm güc, həm də diplomatik metodları nəzərdə tutur. Bununla belə, ABŞ Prezidenti Donald Tramp ilk növbədə diplomatik və iqtisadi təsir tədbirlərini nəzərdən keçirir. Sanksiyalar qismən Vaşinqton, qismən isə BMT vasitəsilə tətbiq oluna bilər. Məhdudlaşdırıcı tədbirlər birbaşa Pxenyanın fəaliyyətinə mütənasib olaraq “sürüşkən şkala” üzrə həyata keçiriləcək.

Sanksiyalara KXDR-ə neft ixracına embarqo, həmçinin bu ölkədən dəniz məhsulları və kömür alınmasına qadağanın daxil edilməsi mümkündür. Habelə Şimali Koreya təyyarələrinin digər dövlətlərin hava sərhədlərini keçməsinə, gəmilərinin isə xarici limanlara girməsinə icazə verilməyə bilər. KXDR kompaniyaları ilə əməkdaşlıq edəcək Çin banklarına da cəza nəzərdə tutulur.

Bir qədər əvvəl “The New York Times” qəzeti aprelin 15-də – ölkənin ilk lideri Kim İr Senin anadan olmasının ildönümündə Pxenyanın yeni nüvə sınağı keçirə biləcəyi barədə məlumat yayıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top