MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Trump

Donald Tramp: ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişi BMT-də imzalana bilər

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişinə BMT-də tamamilə yenidən baxılması və həmin sazişin imzalanması gözlənilir. Xatırladaq ki, BMT-nin Baş Assambleyasının gələn həftə keçiriləcək 73-cü sessiyasında ölkələrin liderləri toplaşacaqlar. Bu il mart ayında hər iki ölkənin rəhbərliyi bu sazişə yenidən baxılması barədə razılığa gəliblər. Bundan əvvəl Tramp həmin sazişi ABŞ-ın Cənubi Koreya ilə ticarətdə kəsirinin artmasına imkan yaradan əqd kimi tənqid etmişdi.

ABŞ KİV-lərində yayılan məlumata görə, Cənubi Koreyanın Ticarət Nazirliyi sazişin imzalanmasına hazırlaşır. Bu sənədin gələn həftə BMT-də Prezident Mun Ce-in ilə Trampın görüşü zamanı imzalanması gözlənilir. Qeyd edilib ki, bu saziş 2019-cu il yanvarın 1-dən həyata keçiriləcək, lakin bu işin qrafiki parlament tərəfindən bəyənilməlidir.

Tramp Administrasiyası Cənubi Koreyadan və digər ölkələrdən ABŞ-a avtomobillər və onlar üçün ehtiyat hissələr idxalına görə 25 faizə qədər tariflər tətbiq edilib-edilməyəcəyi məsələsini ayrıca araşdırır. “Ticarətin genişləndirilməsi haqqında” 1962-ci il sazişinə görə, əgər Birləşmiş Ştatların Prezidentinin fikrincə başqa ölkələrdən idxal edilən malların və ya materialların miqdarı, həmçinin bununla bağlı başqa hallar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyidirsə, onda Prezidentin həmin malların idxalına tariflər və ya başqa vasitələrlə düzəliş etməsinə icazə verilir. Cənubi Koreya rəhbərliyi bildirib ki, Koreya hər hansı tariflərdən azad edilməlidir, çünki bu ölkə yenidən baxılmış ticarət sazişi çərçivəsində avtomobillər üçün konsessiyanı artıq tətbiq edib.

Mənbə: Azərtac

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top