MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ecco

Diskont mağazalar populyardır

Macarıstanda gündəlik tələbat mallarına istehlak xərcləri 2017-ci ildə 2 faiz artıb. Bu, 2016-cı ildə 2,2 faiz, 2015-ci ildə isə 2 faiz artımdan sonra baş verib.

Economic-in məlumatına görə, AZƏRTAC bazar araşdırmaları şirkəti “GfK”ya istinadla xəbər verir ki, diskont mağazalar dövriyyə payı artımını onlara istehlakçı münasibətinin yaxşılaşmasından sonra müşahidə ediblər. Ev təsərrüfatlarında satış tezliyinin aşağı düşməsinə baxmayaraq, istehlakçılar əvvəlkinə nisbətən 8 faiz çox xərcləyiblər.

Hipermarketlər əvvəlki kimi gündəlik tələb olunan bütün əmtəə dövriyyəsinin 24 faizini təşkil edib. Lakin diskont mağazaların bazar payı 19 faizdən 21 faizədək artıb. Supermarketlərdə bu 17 faiz, pərakəndə satış şəbəkələrində isə 13 faizdir.

Diskont mağazaların pay artımı onların daim genişlənməsi, həmçinin keyfiyyəti yaxşı olan malın aşağı qiymətə satışı ilə şərtləndirilir. Əvvəllər bu mağazalar müştərilər tərəfindən ucuz, anbar interyerli, məhdud çeşiddə məhsulları olan meydança kimi qəbul edilirdisə, hazırda onlara təzə və keyfiyyətli məhsul almağın, kassada daha tez və asan ödəniş etməyin mümkün olduğu mağaza kimi baxılır.

“GfK” şirkətinin rəyinə görə, bu il gündəlik tələbat mallarına istehlak xərclərinin cüzi artımı davam edə bilər. Regionun digər ölkələrində isə xərclərin daha sürətlə artması ehtimal olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top