DİQQƏT! Rənglənmə ilə əlaqədar Heydər Əliyev pr-də hərəkət qismən məhdudlaşdırılacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DİQQƏT! Rənglənmə ilə əlaqədar Heydər Əliyev pr-də hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top