DİN: Ötən gün 2 tüfəng və 1 tapança təhvil götürülüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DİN: Ötən gün 2 tüfəng və 1 tapança təhvil götürülüb

Bakı, 11 iyul, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 10-da polis əməkdaşları paytaxtda və respublikanın rayonlarında 2 tüfəng təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top