DİN: Ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DİN: Ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarılan 99 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top