
DİM rus bölməsi abituriyentlərinə müraciət etdi
Ümumi təhsil müəssisələrini cari ildə bitirən rus bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentlər mayın 18-dən 29-dək ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 6-dan avqustun 6-dək qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq
BƏNZƏR MƏQALƏLƏR
Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edildi – Sərəncam
Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin […]
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
ECONOMİC: Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni […]
Prezident İlham Əliyev Selçuk Bayraktarı və Haluk Görgünü qəbul edib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı […]