Dərslər metakainatda keçiriləcək – Yaponiyada texnoloji YENİLİK – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dərslər metakainatda keçiriləcək – Yaponiyada texnoloji YENİLİK – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada bütün dərslərin metakainatda keçirildiyi məktəb açılıb.

Bu barədə liseylər üçün distant təhsil sisteminin yaradılmasını təmin edən “Aominext” şirkətindən bildirilib.

Məlumata görə, şagirdlər metakainatda istifadə üçün pulsuz virtual reallıq (VR) aparatı ilə təmin ediləcəklər.

VR-məktəbdə dərslərdə iştirak etmək üçün məktəblilərə müstəqil olaraq öz avatarlarını seçmə imkanı verilib.

 

 

Məktəbi bitirdikdən sonra onlar orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd olunur ki, təhsil sistemi “Planeta” VR platforması əsasında yaradılıb.

VR-məktəbi onlayn dərslər, mədəni tədbirlər, kiber-idman turnirləri, həmçinin dostlarla görüşmək və digər məktəb tədbirləri təşkil etmək imkanı təqdim edəcək.

Mənbə: Strana.ua

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top