
Deputatlar nə qədər maaş alır? – Rəsmi
Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, parlamentin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir…
PİA.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, parlament sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis sədrinin müavini – 85 faizi (2103,75 manat) məbləğində maaş alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi (1980 manat), komissiya sədrinin müavini – 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.
“Bundan əlavə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”, – deyə məlumatda bildirilib. (Yenisabah.az)
BƏNZƏR MƏQALƏLƏR
Baş Prokurorluqdan saxta “kəllə qənd” istehsalı edənlərlə bağlı – Açıqlama
“Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi […]
Məzuniyyət maaşı bu cür hesablanır – Müəllimlər nədə səhv edirlər?
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi […]
Azərbaycanda kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub? – ARAŞDIRMA
Pandemiyanın elektron ticarətə tələbatı artırması bir sıra kibercinayətkarlıq hallarına yol açıb. Bəziləri kompüter və informasiya […]