MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Tahir Mirkişili

Deputat: Dövlət başçısının məsələni diqqətdə saxlaması lazımı tədbirlərin görülməsini təmin edəcək

“Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də bu sahələrdə baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlamışdır. 2003-cü ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən “Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. Elektrik şəbəkəsinin “çökməsi”nin bir sıra səbəbləri olur. Ümumi olaraq onlar artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amilidir.” Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

T.Mirkişili məlumat verib ki, miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır: “Beynəlxalq hesablamalara görə, elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər. Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bizim enrji potensialımız artıq 6400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir.”

Milli Məclisin deputatı vurğulayıb ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür. Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da böyükdür: “Qəzanın səbəbləri ölkə Prezidenti tərəfindən yaradılmış Dövlət Komissiyası tərəfindən araşdırılır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standardlara tam əməl olunmaması mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımı tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi.”

İkisahil.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top