
Deputat: Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən ölkələrdəndir
Avropanın enerji təhlükəsizliyinin formalaşmasına yaxından töhfə verən Azərbaycanın həyata keçirdiyi siyasət, eyni zamanda, regionda sülhün bərqərar olmasına dəstək kimi qiymətləndirilməlidir.
Economic.az bildir ki, bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsədi Azərbaycanın regional mövqeyinin daha da yaxşılaşdırılması, gücləndirilməsi, həmçinin ölkəmizin regional və qlobal proseslərdəki rolunun artmasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurası ölkələrinin zirvə görüşü və Qoşulmama Hərəkatına üzv dövlət və hökümət başçılarının iştirakı ilə keçirilən videokonfrans dövlətimizin başçısına inamın göstəricisidir. Ölkə başçısının göstərişi ilə Azərbaycan 30-dək ölkədə pandemiyanın təsirlərinin aradan qaldırılması üçün maliyyə dəstəyini nümayiş etdirib. Bu da Azərbaycanın iqtisadi gücünü göstərən amillərdən biridir”, – deyə V.Bayramov qeyd edib.
Ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirdiyini deyən deputat diqqətə çatdırıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən görüşdə Azərbaycanda aparılan islahatlar, pandemiyayadək görülən işlər, eləcə də pandemiya dövründə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib: “Azərbaycan ortamiqyaslı ölkə olaraq regional və qlobal təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlərdən hesab edilir. Bu da ondan xəbər verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşan siyasət Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb. Bu, ölkəmizin mövcud iqtisadi və siyasi gücü kontekstində regional proseslərə daha yaxından təsir etməsi, xüsusən də region, o cümlədən qitə üçün vacib layihələrin reallaşdırılması deməkdir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, regional və qlobal təhlükəsizliyə töhfə verilməsinə ünvanlanan addımlar ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən ölkələrdən birinə çevrilib.
BƏNZƏR MƏQALƏLƏR
Ezamiyyə xərcləri gəlirdən çıxılması məhdudlaşdırılan xərclərə aid edilir
Təcrübədə ezamiyyə zamanı çəkilən məsrəflərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması, işçilərə ezamiyyə ilə əlaqədar ödənilən […]
120 ölkədən Azərbaycana birmənalı dəstək
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun qəbul etdiyi kommünikedə Ermənistanın hərbi təxribatı qətiyyətlə pislənildi Ötən həftə dövlət […]
COVİD-19 un Avropa iqtisadiyytına təsirini göstərən 2020-ci il proqnozu açıqlandı.
Avropa Komissiyası COVİD-19 un Avropa iqtisadiyytına təsirini göstərən 2020-ci il proqnozunu açıqlayıb. AB ölkələrinin əvvəlcə […]