“DəmirBank” müştərilərə fasiləsiz xidmət təklif edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“DəmirBank” müştərilərə fasiləsiz xidmət təklif edir

“DəmirBank” bir neçə istiqamətdə müştərilərə fasiləsiz xidmət təklif edir.

Bankdan Economic-ə bildiriblər ki, müştərilər həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri də daxil olmaqla) bankın “149 – Məlumat Mərkəzi” və Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialının xidmətlərindən yararlana bilərlər.

Bankın “Mərkəz” filialında müştərilər istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəyə bilərlər.

“DəmirBank” regionlarda da fasiləsiz müştəri xidmətinin inkişafına önəm verir. Belə ki, bankın Göyçay filialı müştərilərin rahatlığı üçün şənbə günləri də 09:00-dan 13:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı, bankın Məlumat Mərkəzindən (012) 149 http://www.demirbank.az/ facebook.com/demirbank.az saytlarından əldə etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top