DəmirBank-da geniş çeşiddə pul köçürmə sistemləri – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DəmirBank-da geniş çeşiddə pul köçürmə sistemləri

DəmirBank müştərilərə müxtəlif valyutalarda sərfəli şərtlərlə təcili pul köçürmə xidmətini təklif edir.

Belə ki, hazırda dünyanın 200 ölkəsində 41 000-dən çox məntəqəsi olan beynəlxalq pul köçürmə sistemi Western Union vasitəsilə DəmirBank-ın müştəriləri zaman itkisi olmadan və əlavə hesab açmadan rahatlıqla istənilən məsafəyə cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər.

Bundan əlavə, bankın filiallarında Zolotaya Korona, Blizko, UPT, Leader, Forsaj, Contact, Monex kimi pul köçürmələri sistemləri vasitəsilə də pul köçürmələri həyata keçirmək mümkündür.

Qeyd etmək istərdik ki, müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından yararlana bilərlər. Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN/USD/EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top