MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Fifa 2022

DÇ-2022-nin 12, pley-offun bütün iştirakçıları bəlli oldu

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan sonuncu oyunlarının ardından daha bir komanda mundiala vəsiqə qazanıb.

Bu, G qrupunda birinci yeri təmin edən Niderland yığmasıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə və İsveçrə millilərinin də DÇ-2022-də iştirak edəcəyi dəqiqləşmişdi. Braziliya yığması isə DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsindən mundiala vəsiqə qazanıb.

Öz qruplarında ikinci yeri tutan İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, İsveç, Uels, Türkiyə, Polşa, Ukrayna və Şimali Makedoniya isə pley-offda oynamaq hüququ qazanıb. Bu komandalarla yanaşı, UEFA Millətlər Liqasından DÇ-nin pley-offuna vəsiqə qazanmış Çexiya və Avstriya yığmalarının da mundialda iştirak şansı qalmaqdadır.

Pley-offun püşkü noyabrın 26-da atılacaq. Bu mərhələnin oyunları isə 24-25 və 28-29 martda təşkil olunacaq. 12 kollektiv DÇ-2022-yə son 3 vəsiqə uğrunda mübarizə aparacaq.

DÇ-2022 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top