Daşınmaz əmlak bazarı: Qiymətlər qalxacaqmı?
Bu ilin aprel ayı ilə ötən ilin son ayları ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə artım olub.
Economic.az-a bu barədə daşınmaz əmlak bazarı üzrə ekspert Cəlilov Dayandur məlumat verib.
D.Cəlilov bazarda mənzillərin satış faizinin aşağı düşdüyünü bildirib. O, bildirib ki, mənzillərin alqı-satqısı keçən ildə olduğu kimi deyil.
Ekspertin fikrincə əmlak alqı-satqısında qiymətlərin qalxması mümkün deyil.
O, bildirib ki, qiymətlər onsuzda qalxaraq elə bir pik həddə çatıb ki, inanmıram bundan sonra yenə bahalaşa. Çünki tələbat çox azalıb. Bazarda hazırda tək hallarda ev alqı-satqısı edirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Kirayə mexanizmi ilə satılan mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən […]
-
Bakıda mənzillər BAHALAŞIB
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2.6% […]
-
2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları […]