Danimarkanın Baş naziri hücuma məruz qalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Danimarkanın Baş naziri hücuma məruz qalıb

Stokholm, 8 iyun, Nərgiz Cəfərli, АZƏRTAC

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Kultorve küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

AZƏRTAC ölkənin yerli KİV-lərinə istinadla xəbər verir ki, Kopenhagen polisi Baş nazirin hücuma məruz qaldığını təsdiqləsə də, onun yaralanıb-yaramadığı barədə heç bir məlumat verməyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum saat 18:00 radələrində kafenin yaxınlığında baş verib.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top