Daha iki bankın kreditorlarının tələblərinin qəbulu başa çatdı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Daha iki bankın kreditorlarının tələblərinin qəbulu başa çatdı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin kreditorlarının tələblərinin qəbulu prosesini başa çatdırıb.

Bankların ləğvedicisi olan Fonddan  verilən məlumata görə, bu bankların kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılıb və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadları ilə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” müflis elan olunub və ADIF həmin tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top