
Daha bir bank Mərkəzi Bankı məhkəməyə verdi 460
“Yunayted Kredit Bank” Azərbaycan Mərkəzi Bankının (AMB) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib. İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.
AMB “Yunayted Kredit Bank”ı məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank”ınn lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin edilib.
fins.az
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər — 2022” proqramını bitirdi
Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance […]
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” […]