“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalandı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalandı

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Economic-ə verilən məlumata görə, Memorandum çərçivəsində “Cybernet” şirkəti ilə UZİNFOKOM İT-konsaltinq sahəsində,  informasiya sistemlərinin təkmilləşdirilməsi, effektiv fəaliyyətinin təmin olunması məqsədilə müvafiq proqram təminatı məhsullarının hazırlanmasında yaxından əməkdaşlıq edəcəklər. ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması sahələrində işbirliyi də memorandumun məqsədlərinə daxildir.

Əlavə olaraq, 2018-ci il fevral ayında “Cybernet” şirkəti UZİNFOKOM təşkilatının dəvəti ilə Daşkənddə İKT sahəsində ən böyük və əhəmiyyətli tədbirlərindən olan UZİNFOKOM – 2018 beynəlxalq konfransında iştirak edib. Konfransda regional və qlobal təchizatçılar, sistem inteqratorları, beynəlxalq konsaltinq şirkətləri iştirak edib. Konfrans iştirakçıları Özbəkistanda İT sahəsində baş verən dəyişikliklər, yeni normativ-hüquqi aktların mahiyyəti, hökumət layihələrində İKT ilə işləmə sxemi ilə tanışlıq imkanı əldə ediblər.

UZİNFOKOM Özbəkistan Respublikası Prezidentinin 29 iyul 2002-ci il tarxili Fərmanına əsasən Kompüter və İnformasiya Texnologiyalarının İnkişafı və İcrası Mərkəzi kimi yaradılıb. 2017-ci ildə UZİNFOKOM dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratora çevrilib. UZİNFOKOM dövlət məlumat mərkəzlərinin hökumət sektorunda İT siyasətinin formalaşdırılması, Dövlət Məlumat Mərkəzinə, “Təhlükəsiz şəhər”, “Ağıllı şəhər”, elektron hökumət sistemləri və mənzil-kommunal xidmətləri üzrə vahid hesablaşma layihələrinə xidmət göstərilməsi üzrə əsas müvəkkil qurumdur.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top