
CV yarat platformasında ümumilikdə 32 669 nəfər qeydiyyatdan keçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan www.cvyarat.az platformasına müraciətlərin sayı artmaqda davam edir.
Cari ilin ötən dövrü ərzində platformada 27 463 şəxs qeydiyyatdan keçib və 13 753 nəfər platforma üzərindən CV tərtib edib.
Ötən ildən etibarən istifadədə olan sistemdə ümumilikdə 32 669 nəfər qeydiyyatdan keçib.
Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd vahid və etibarlı CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.
İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.
Platformadan istifadə ödənişsizdir.
Üç addım ilə öz CV-ni yarat!
BƏNZƏR MƏQALƏLƏR
Bütün pensiyalar bu tarixdə tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət Sosial Müdafiə […]
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq
Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair Müqavilə imzalanıb Azərbaycan Respublikası ilə Rusiya Federasiyası […]
“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığorta üzrə ödənişləri də proaktiv qaydada təyin […]