
COVID-19 İNFEKSİYASINA QARŞI MÜBARİZƏDƏ İCTİMAİ NƏZARƏT SİSTEMİ YARADILIB
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.
Econcomi-in məlumatına görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.
Vətəndaşlar qida məshullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər. Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.
Bununla vətəndaşlar karantin rejimi dövründə müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş olacaqlar.
Qayda pozuntuları barədə məlumatlar, məlumat verən şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Koronavirus (COVID-19) infeksiyasının profilaktikası və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
Aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən aprelin 19-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Economic.Az bildirir […]
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə
ECONOMİC: Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı […]
Bakıda və regionlarda istilik təchizatı dayandırılacaq
Economic.az xəbər verir ki, bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını […]