COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar aparır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür”.

Oxu.Az-ın məlumatına əsasən, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında deyib.

Muxtar Babayev Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü xatırladıb.

“Azərbaycanın COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdiriləcək”, – deyə o əlavə edib.

Muxtar Babayev qeyd edib ki, COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar aparır.

Aytac Qasımova

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top