“Connect” QSC daha bir bölgəni internetlə təmin etdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Connect” QSC daha bir bölgəni internetlə təmin etdi

“Connect” brendi Şəmkir şəhəri Bayramlı kəndlərində GPON (“Gigabit Passive Optical Networks”) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.

Şirkətdən bildirilib ki, Bayramlı kəndində ümumilikdə 700-dən çox ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda müştərilər aktiv olaraq müvafiq xidmətlərdən yararlanırlər və yeni qoşulmalar davam edir.

“Fəaliyyətində daim müştəriyönümlülük prinsipini önə çəkən “Connect”in bu bölgədə fəaliyyətə başlamasının əsas səbəbi abunəçiləri yüksək internet və TV xidməti ilə təmin etməkdir.

Connect ailəsinin əsas məqsədi bütün Azərbaycanı keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etməkdir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Connect” QSC 2005-ci ildən Azərbaycanın bir çox bölgəsində və Bakı şəhərində telekommunikasiya xidmətləri üzrə fəaliyyət göstərir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top