Cocuq Mərcanlıda müxtəlif sosial obyektlər tikiləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Cocuq Mərcanlıda müxtəlif sosial obyektlər tikiləcək

Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılan vəsait hesabına Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək.

Nunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib.

Nazir dedi: “Vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, yaşamağa və işləməyə başlayacaqlar. Əgər işləməyə başlayacaqlarsa, o insanların sosial sığorta ilə əhatə olunması meydana çıxacaq. Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə baş verəcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında heç bir problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, ondan sonra biz bu addımları atacağıq”.

Qeyd edək ki, Cəbrayıl rayonunun 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 mln. manat ayrılıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top