Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb

Pekin, 23 iyun, AZƏRTAC

Çinin Hunan əyalətində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb.

AZƏRTAC əyalətin Fövqəladə Halların İdarəedilməsi Mərkəzinə istinadla xəbər verir ki, hadisə səhər erkən vaxtı Huayhua şəhərinə aid Dousi kəndində baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb. İtkin düşənlər həmin evlərin sakinləridir. Hazırda onların axtarışları aparılır. Kəndin sakinləri təhlükəsiz yerə təxliyə olunub.

Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində, o cümlədən Hunan əyalətində leysan yağışları müşahidə olunur. Ölkənin cənubundakı Quandon və Fucien əyalətlərində, Quansi Cuan muxtar rayonunda iyunun 15-dən başlayan şiddətli yağışların yaratdığı fəsadlar, o cümlədən torpaq sürüşməsi, palçıq axını, sel və daşqın səbəbindən təxminən 55 nəfər ölüb, bir neçə sakin itkin düşüb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top