Çin və ABŞ arasında ticarət dövriyyəsi səkkiz ayda 2,1 faiz artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çin və ABŞ arasında ticarət dövriyyəsi səkkiz ayda 2,1 faiz artıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Çin-Amerika ticarət dövriyyəsi illik ifadədə 2,1 faiz artaraq 443,73 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, bu ilin ilk səkkiz ayında Çindən ABŞ-a ixrac 2,8 faiz artaraq 334,15 milyard dollar təşkil edib. ABŞ-dan idxal isə faktiki olaraq dəyişməz qalıb – 109,58 milyard dollar. Beləliklə, Çinin müsbət saldosu 224,57 milyard dollara çatıb ki, bu da 2023-cü ilin ilk səkkiz ayı ilə müqayisədə 4,5 faiz çoxdur.

Çin ABŞ-dan əsasən soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, maye qaz və neft, kokslaşmış kömür və mis idxal edir. Amerika tərəfi ÇXR-dən smartfonlar, kompüterlər, litium-ion batareyaları, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və bir çox digər mallar alır.

Son illər Çin-Amerika münasibətlərində yaşanan gərginlik iki ölkə arasında ticarətə də təsirsiz ötüşmür. Belə ki, 2022-ci ildə ticarət dövriyyəsi cəmi 0,6 faiz artaraq 759,4 milyard dollar, 2023-cü ildə isə 11,6 faiz azalaraq 664,45 milyard dollar olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top