MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

teyyare

Çin öz istehsalı olan ilk təyyarədaşıyan gəmini suya buraxıb

Çin tamamilə milli layihə ilə hazırlanan ilk təyyarədaşıyan gəmini Dalyan limanında suya endirib. Yerli KİV-lər tikintisi 2013-cü ilin noyabrında başlayan “Type 001A” gəmisinin son hazırlıq və sınaqlardan sonra 2020-ci ildə silahlı qüvvələrin arsenalına qəbul ediləcəyini yazır.

TASS informasiya agentliyi xəbər verir ki, yeni gəminin uzunluğu 315 metr, eni 75 metrdir. Təyyarədaşıyan saatda 60 kilometrə yaxın sürətlə hərəkət edə bilir. Onun göyərtəsində 36 ədəd “Szyan-15” qırıcı təyyarəsi yerləşəcək.

Hazırda Çinin Hərbi Dəniz Qüvvələrinin arsenalında “Lyaonin” adlı bir təyyarədaşıyan gəmi var. O, 90-cı illərin sonlarında Ukraynadan alınan “Varyaq” aviadaşıyıcı kreyserin bazasında hazırlanıb. “Type 001A” təyyarədaşıyanı “Lyaonin”in prinsipinə uyğun, lakin ölçüsünə görə bir qədər böyük və bir sıra modifikasiyalarla tikilib.

Çin hazırda böyük həcmli üçüncü “üzən aerodromun” tikintisini də davam etdirir. Bu gəminin, eyni zamanda, nüvə-güc qurğusu və bir neçə buxar katapultu ilə təchiz olunması nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top