Çin hava taksilərinin satışına başlayıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çinin “Ehang” şirkəti hava taksilərinin satışına başlayıb.
Taksinin “Taobao” marketpleysində qiyməti 2,39 milyon yuan təşkil edir ki, bu da hazırkı məzənnə ilə təxminən 330 min dollara bərabərdir.
Şaquli uçuş və eniş modeli olan hava taksisi iki sərnişin üçün nəzərdə tutulub. Pilotsuz avtomobil idarəetmə mərkəzi ilə əlaqədə olacaq ki, bu da fövqəladə vəziyyət halında müdaxilə edilməsinə imkan verəcək.
Hava taksisinin kreyser sürəti (bir kilometrə ən az yanacaq sərf edən hava, dəniz və ya çay gəmisi, avtomobil və ya digər nəqliyyat vasitəsinin sürəti; bu sürət sabit yanacaq üçün maksimum məsafə qət etməyə imkan verir – red.) saatda 100 kilometrdir. Maksimal faydalı yük əmsalı 220 kiloqram, maksimum hündürlük üç kilometr, uçuş məsafəsi 35 kilometr, davamlılıq müddəti isə 20 dəqiqədən bir qədər çoxdur.
Mənbə: “RİA Novosti” “Telegram”
BƏNZƏR MƏQALƏLƏR
-
İnsanların süni intellektli köməkçiləri: Rəqəmsal klonlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz İnsanlar bütün işlərini onların əvəzinə görməsi üçün özlərinin […]
-
Yenilənmiş insanabənzər robot təqdim olundu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının […]
-
Pivə istehsalçısı və “Nokia”dan yeni telefon
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən […]