Çin bu il əlavə 339 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çin bu il əlavə 339 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır

Bakı, 15 iyul, AZƏRTAC

Dünyanın ən böyük Günəş panelləri istehsalçısı olan Çin bu il əlavə 339 giqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırır.

AZƏRTAC “xəbər verir ki, bu barədə baş ofisi Vaşinqtonda yerləşən “Global Energy Monitor” (GEM) təşkilatının hesabatında deyilir. Hesabat müəllifləri qeyd edirlər ki, Çin öz enerji potensialını Günəş və küləyin hesabına 339 giqavat artıracaq. Bu da, Avropada indiyədək inşa edilmiş bütün Günəş enerjisi stansiyalarının ümumi gücündən çoxdur.

Dünyada inşaatı davam edən bərpaolunan enerji qurğularının 64%-i Çin ərazisində yerləşir. Pekin bu yolla ənənəvi kömür yanacağından istifadəni minimuma endirmək istəyir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top