
Çimərlik və dənizdə maskadan istifadə edilməlidirmi?
Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır.
Türkiyəli mütəxəssislərin fikrincə virusun sudan yoluxma riski olduqca azdır. Lakin, çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar. Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.
Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır.
Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılırb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb.
Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər. AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Sürücülərə XƏBƏRDARLIQ: Bu hala görə 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər. Belə […]
Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat […]
Bu şəxslər məsuliyyətə cəlb edildi – DTX və MİDA-dan birgə məlumat
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər Azərbaycan Respublikası Mənzil İnşaatı […]