Çexiyada Orta əsrlərə aid dəfinə tapılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çexiyada Orta əsrlərə aid dəfinə tapılıb

Bakı, 20 iyun, AZƏRTAC

Çexiyanın Kutna-Hora şəhəri yaxınlığında bir turist qadın təsadüfən Orta əsrlərə aid dəfinə tapıb.

AZƏRTAC xəbər verir ki, Çex Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu məsələ ilə bağlı ilkin tədqiqatın nəticəsini açıqlayıb. İnstitut bildirir ki, dəfinə təxminən 900 il əvvəl gizlədilib. Tapıntı 1085-1120-ci illərdə zərb edilmiş 2150 ədəd gümüş denaridən ibarətdir. Müasir valyutaya konvertasiya edildikdə dəfinənin qiyməti 1 milyon avrodan çoxdur.

Sikkələrin saxlandığı küp və pulların tərkibi laboratoriya şəraitində daha diqqətlə yoxlanılacaq. Məqsəd istifadə edilən metalın dəqiq tərkibini və mənşəyini müəyyən etməkdir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top