Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb

Bakı, 3 iyun, AZƏRTAC

Çexiyanın Kutna Hora şəhərində bir qadın təsadüfən Orta əsrlərə aid dəfinə tapıb.

AZƏRTAC xəbər verir ki, qadın gəzinti zamanı yerdə bir neçə köhnə metal pul görüb. Maraq ona güc gəldiyi üçün ərazini qazıb və bir neçə santimetr dərinlikdə çox sayda sikkə olan küp aşkar edib. Qadın bu barədə Çexiya Elmlər Akademiyasına xəbər verdikdən sonra ərazidə qazıntı işlərinə başlanılıb.

Qadının təsadüfən aşkar etdiyi küpdən 2150 gümüş sikkə çıxıb. Təxminən 900 il əvvəl zərb edilmiş sikkələr tədqiqata cəlb olunub. Təmizlənmə və tədqiqatdan sonra onlar yerli numizmatika muzeyində nümayiş etdiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top