MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

deepbrain

Cənubi Koreyanın DeepBrain şirkəti real insanların rəqəmsal kopyalarını yaradır (VİDEO)

Cənubi Koreyanın DeepBrain adlı şirkəti real insanların rəqəmsal kopyalarını yaratmaq ilə məşhurdur. İndi isə şirkət növbəti investisiya raundunu uğurla başa vurub və bunun nəticəsində 44 milyon dollar investisiya əldə edib. Sözügedən şirkət süni zəka elementlərinə sahib patentləşdirilmiş alqoritmlər əsasında hazırlanan qeyri-adi məhsul satmaqla məşğuldur. Söhbət, real insanın rəqəmsal kopyasından gedir. DeepBrain şirkəti real insanın mimikasını, danışıq tərzini və əl-qol hərəkətlərini kopyalayır. Daha sonra kopyalanmış elementlər real insanın rəqəmsal kopyasına inteqrasiya olunur və nəticədə rəqəmsal kopya fərdi həyatını sürə və real insanın müəyyən tapşırıqlarını yerinə yetirə bilər. Sözügedən texnologiyanın yaradıcılarının fikirlərinə əsasən bu cür rəqəmsal kopyalar xəbər telekanalları, siyasətçilər, banklar və satışla məşğul olan şirkətlər üçün uyğun olacaqlar.

    DeepBrain-in yaratdığı texnologiyanın bariz nümunəsi kimi Cənubi Koreya prezidenti Mun Çje İn-in rəqəmsal kopyasını göstərmək olar. Şirkət onun dəqiq rəqəmsal kopyasını yaratmaq üçün prezidentin ictimai çıxışlarından istifadə edib. Nəticədə prezidentin yaradılmış rəqəmsal kopyasını ictimai çıxışlarda istifadə etmək olar. Rəqəmsal kopya ictimai çıxışları reallaşdıran zaman əsl prezident isə digər işlərini yerinə yetirə bilər. İnsanlar əsl prezident ilə rəqəmsal kopya arasında fərqi anlaya bilməyəcəklər. Lakin prezidentin rəqəmsal kopyası bu texnologiyanın sadəcə imkanlarını sərgiləyən faktordur. DeepBrain bildirib ki, o, prezidentin rəqəmsal kopyasından öz mənfəətləri üçün istifadə etmək niyyətində deyil.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top