Cənubi Koreyada parlament seçkilərinin ilkin nəticələrinə görə müxalifət öndədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Cənubi Koreyada parlament seçkilərinin ilkin nəticələrinə görə müxalifət öndədir

Cənubi Koreyada parlament seçkilərinin ilkin nəticələrinə görə müxalifət öndədir

Pekin, 10 aprel, AZƏRTAC

Cənubi Koreyada aprelin 10-da keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə əsas müxalif qüvvə olan Demokrat Partiyası və tərəfdaşları Milli Assambleyada üstünlük qazanıblar.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 23:30-dək səslərin 62,5 faizini sayıb və nəticələrə əsasən, Demokrat Partiyası parlamentdə 155 yer, hakim Xalqın Gücü Partiyası 95 yer qazanıb. Hazırda səslərin sayılması prosesi davam edir. Mərkəzi Seçki Komissiyası yekun nəticələri aprelin 11-də elan edəcək.

Qeyd edək ki, qanunvericiliyə əsasən, deputatların 254-ü birbaşa, 46-sı isə partiya siyahısı üzrə seçilməlidir. Parlament seçkisi ilə əlaqədar seçici siyahılarına 44 milyondan çox seçicinin adı daxil edilib. Aprelin 5-6-da keçirilmiş erkən səsvermədə seçicilərin təxminən 31 faizi səs verib. Ümumi seçici fəallığı isə 67 faiz təşkil edib ki, bu rəqəm 1992-ci ildən bəri ən yüksək göstəricidir.

Seçkilərdə iki aparıcı siyasi qüvvə – hakim Xalqın Gücü Partiyası və əsas müxalif Demokrat Partiyası mübarizə aparıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top