Çempionlar Liqası: Madriddə “qol yağışı”, Londonda heç-heçə – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çempionlar Liqası: Madriddə “qol yağışı”, Londonda heç-heçə

Çempionlar Liqası: Madriddə “qol yağışı”, Londonda heç-heçə

Bakı, 10 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Madriddə baş tutub. İspaniya “Real Madrid”i İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Kifayət qədər gərgin və bol qollu alınan matçda qalib müəyyənləşməyib – 3:3.

Eyni saatda start götürən digər görüşdə isə İngiltərə “Arsenal”ı Londonda Almaniyanın “Bavariya” komandasını sınağa çəkib. Bu qarşılaşmada da heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, bu mərhələnin “Atletiko Madrid” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) qarşılaşmaları aprelin 10-da keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top