Çempionlar Liqası: Final qarşılaşmasında ikinci qol vurulub YENİLƏNİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çempionlar Liqası: Final qarşılaşmasında ikinci qol vurulub YENİLƏNİB

Bakı, 2 iyun, AZƏRTAC

UEFA Çempionlar Liqasının İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasındakı final qarşılaşmasında ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüşün 83-cü dəqiqəsində Madrid təmsilçisinin futbolçusu Vinisius Junior komandasının ikinci qoluna imza atıb 2:0.

Matçın baş hakimi sloveniyalı Slavko Vinçiçdir.

00:37

UEFA Çempionlar Liqasının İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” klubları arasındakı final qarşılaşmasında hesab açılıb.

AZƏRTAC xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüşün 74-cü dəqiqəsində Madrid təmsilçisinin futbolçusu Daniel Karvaxal qol vuraraq komandasını hesabda önə keçirib 1:0.

Matçın baş hakimi sloveniyalı Slavko Vinçiçdir.

23:57

Bakı, 1 iyun, AZƏRTAC

UEFA Çempionlar Liqasının İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşün birinci yarısında hesab açılmayıb.

Matçın baş hakimi sloveniyalı Slavko Vinçiçdir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top