MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kobia

“Çelsi” 12 futbolçusunu satır – SİYAHI+QİYMƏTLƏR

Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı qarşısına məqsəd qoyan “Çelsi”nin növbəti hədəfi Erlinq Haalandı transfer etməkdir.

Economic.az xarici mətbuata istinadən xəbər verir ki, klubun sahibi Roman Abramoviç baş məşqçi Tomas Tuxelin işindən kifayət qədər razıdır və yaydakı transfer çalışmalarında ona kifayət qədər sərbəstlik verəcək. Tuxel isə vaxtilə çalışdırdığı komandanın – Dortmund “Borussiya”sının uğurları üçün tər tökən Haalandı sərəncamında görmək istəyir.

Norveçli ulduzu İngiltərəyə gətirmək üçünsə “Borussiya”ya azı 110 milyon avro ödəmək lazımdır. Artıq “Çelsi” bununla bağlı plan cızıb.

Tuxelin istəmədiyi, belə deyək, komandaya fayda verməyən futbolçular satılmalıdır! Onların sayı isə 12 nəfərdir.

Temmi Abraham – 46 milyon avro

Kurt Zuma – 34 milyon avro

Fikayo Tomori – 28 milyon avro

Ruben Loftus-Çik – 28 milyon avro

Ross Barkli – 23 milyon avro

Mişi Batşuayi – 17 milyon avro

David Zappakosta – 11,5 milyon avro

Viktor Mozes – 9 milyon avro

Baba Rahman – 8 milyon avro

Kenedi – 5,7 milyon avro

Denni Drinkvoter – 5,7 milyon avro

İke Uqbo – 5,7 milyon avro

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top