Cəlilabaddakı üzüm emalı və şərab istehsalı müəssisəsi investisiya müsabiqəsinə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi “Cəlilabad-Şərab-9” ASC-nin səhmlərinin 99,72%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Müsabiqə “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” ölkə prezidentinin 19 may 1998-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyətinin bərpası və yaxud digər istehsal (emal) sahəsinin yaradılması ilə bağlı ümumi dəyəri azı 400 min manat olan investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə 120 min manat pul ödəməlidirlər. Qalib investor isə azı 20 yeni iş yeri yaratmalı, layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 2 500 manat pul ödəməli olacaq.
Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün iyunun 12-nə qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə iyunun 14-də, saat 15:00-dan başlayaraq baxılacaq.
Xatırladaq ki, üzüm emalı və şərab istehsalı müəssisəsi olan “Cəlilabad-Şərab-9” ASC-nin nizamnamə kapitalı 375 214 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 mant olan 187 607 ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bunun isə 187 075 ədəd investorlara təklif olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Kirayə mexanizmi ilə satılan mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən […]
-
Bakıda mənzillər BAHALAŞIB
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2.6% […]
-
2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları […]