
Cari ilin 6 ayında e-sosial portalının aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” internet portalına ictimai maraq artmaqda davam edir. Bunun göstəricisi kimi, cari ilin yanvar-iyun aylarında portalın aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb.
Economic.az məlumat verir ki, Nazirliyin innovativ nailiyyətlərindən olan e-pensiya, e- müavinət və e-təqaüd sistemləri vətəndaşlara 2 növdə pensiya, 19 növdə müavinət-təqaüd təyinatını onların müraciəti, nəticədə məmur-vətəndaş təması olmadan, proaktiv qaydada aparmağa imkan yaradıb. Bu e-sistemlər vasitəsilə bu ilin 6 ayında 53 min nəfərə, ümumilikdə ötən dövrdə isə 85,1 min nəfərə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
15 növdə e-arayış xidməti vasitəsilə bu ilin ilk yarımilində 324 min insana elektron qaydada arayışlar verilib, e-SSN xidməti vasitəsilə 120 min şəxsə isə elektron qaydada fərdi hesab açılıb.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]