Çadın əsas silah anbarında şiddətli partlayış baş verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Bakı, 19 iyun, AZƏRTAC

Çad Respublikasının paytaxtı N’Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın və partlayışlar 2 saatdan artıq davam edib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, burada ölkənin əsas sursat anbarı yerləşir. Quru qoşunlarının iri kalibrli silahlarının böyük hissəsi bu anbarda toplanıb.

Partlayışların gücündən 6-7 kilometr radiusda evlər zərər görüb. Beynəlxalq aeroportun yaxınlığında yerləşən arsenalın yaxınlığında çox ayda hərbi hissə, yaşayış məhəllələri, həmçinin silahlı qüvvələrin baş qərargahı yerləşir.

Zərərçəkənlər barədə məlumat verilmir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top